Azərbaycanlı aktyor ABŞ filmində - FOTOLAR
Bizi izləyin

Mədəniyyət

Azərbaycanlı aktyor ABŞ filmində - FOTOLAR

Mayın 9-da ABŞ-ın San-Fransisko şəhərində “Məni bağışla ata” (“Forgive Me Father”) dramatik filminin premyerası keçirilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, adı çəkilən xarici filmin baş rolunda azərbaycanlı aktyor Fariz İsmayılov çəkilib.

Film “The Glorious G production” və “VXIII productions” Amerika şirkətləri tərəfindən ekranlaşdırılıb. Filmin rejissoru isə Qloriya Daunidir.

Fariz İsmayılovdan başqa filmdə Tobi Denver Klark və Andre Volker də çəkilib.

Qısametrajlı filmin süjetində müharibə şəraitində yaşayan insanların həyatı dramatik fonda təsvir olunub. Filmin əsas ideyası “İnsanlıq hələ ölməyib!” üzərində qurulub.

Filmin devizi isə belədir: “Müharibə. Qətllər. İnsanlıq”.

Filmin premyerasında bir çox məşhur aktyorlar və incəsənətin müxtəlif sahəsindən olan nümayəndələr iştirak edib.

Qeyd edək ki, “5150 Productions” (2014) və “Honkonq Bistroda bir gecə” (2015) qısametrajlı filmlərdə çəkilən Fariz İsmayılov aktyorluq sənəti ilə yanaşı prodüserlik sənəti ilə də məşğul olur.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm