Elgizin köhnə yeni layihəsi bu olacaq
Bizi izləyin

Mədəniyyət

Elgizin köhnə yeni layihəsi bu olacaq

Azərbaycanın məşhur teleaparıcısı Elgiz Əkbərin yeni verilişi bəlli olub.

ANS-in məlumatına görə, "Adam içində" layihəsi bağlandıqdan sonra Xoşqədəm Baxşəliyevanın "Sən tək deyilsən" verilişində 1 gün efirə çıxan Elgizin efir taleyi artıq bəllidir.

O, gələn həftənin ilk günündən efirdə olacaq. E.Əkbər "Günə baxan" layihəsinin aparıcısı qismində tamaşaçılar qarşısında olacaq.

Hazırkı aparıcı Kamran Həsənlinin gedişi ilə "Günə baxan" layihəsində bəzi dəyişikliklər də gözlənilir. "Ola bilsin ki, "Mətbəx" rubrikasını təqdim edən Telli Hüseynova da layihədən uzaqlaşdırılsın. Amma bu məlumat hələ dəqiq deyil".

Xatırladaq ki, Elgiz Əkbər Xoşqədəm Hidayətqızı ilə mübahisə etdikləri səbəbindən "Sən tək deyilsən" verilişindən ayrıldığını təkzib edərək, bunu yeni layihələri ilə əlaqələndirmişdi. "Günə baxan" isə yeni layihə deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm