• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ermənilərin daha bir təxribatı

Ermənilərin daha bir təxribatı

Tarixən müxtəlif xalqların, xüsusilə azərbaycanlıların qədim dövrdə yaradaraq əsrlər boyu qoruyub saxladıqları mədəni dəyərləri oğurlamağa və özünküləşdirməyə cəhd edən ermənilər bu dəfə “Köçəri” milli rəqsimizi öz adlarına çıxarmağa səy göstərirlər.

“Sarı gəlin” Azərbaycan xalq mahnısını özünküləşdirmək cəhdlərinin qarşısı alınsa da, bundan nəticə çıxarmayan ermənilər yenə sakit dayanmaq bilmirlər.

Ermənistanın mədəniyyət naziri Azərbaycan oyun havası - “Köçəri”nin öz ölkəsinin milli dəyəri kimi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün qurum qarşısında məsələ qaldıracağını bildirib və bu istiqamətdə artıq canfəşanlığa başlayıb.

Fransadakı güclü erməni lobbisinin vəsaiti hesabına Parisdə gündəlik nəşr edilən “Ermənistan xəbərləri“ jurnalının 17 may tarixli nömrəsində bu məsələ ilə bağlı dərc olunan məqalədə bildirilir ki, Ermənistanın mədəniyyət naziri Asmiq Boqasyan mayın 16-da Yerevanda keçirdiyi mətbuat konfransında özünü əsl “tarixçi“ kimi qələmə verərək apardığı ciddi araşdırmalardan sonra “Köçəri“ rəqsinin guya erməni xalqına mənsubluğunu sübut edib.

Nazir hətta bir qədər qabağa gedərək bu məsələdə Azərbaycanın güclü müqaviməti ilə rastlaşacağını, amma bu rəqsin azərbaycanlılara deyil, ermənilərə mənsubluğunu hər vəchlə sübut edəcəyini vurğulamaqdan belə çəkinməyib.

O, ötən il lavaşın ermənilərə məxsusluğuna və onun UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün göstərdikləri cəhddən söhbət açmağı da unutmayıb.

Asmiq Boqasyan guya ermənilərə məxsus abidələrin Azərbaycan və Türkiyə tərəfindən öz mədəni dəyərləri kimi dünyaya təqdim etmələri kimi cəfəng fikir söyləməkdən belə çəkinməyib.

Görünür, yalan və böhtan dolu xislətlərinə sadiq qalan ermənilər bədxah niyyətlərinin həyata keçirməkdə nə yorulmaq, nə də usanmaq bilir.

Əminik ki, onların budəfəki cəhdləri də baş tutmayacaq və bir daha dünyada özlərini biabır edəcəklər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR