Oqtay Mirqasımovun filmi Rusiyada göstərilib
Bizi izləyin

Mədəniyyət

Oqtay Mirqasımovun filmi Rusiyada göstərilib

Moskvanın Mərkəzi Kinematoqrafçılar Evində tanınmış Azərbaycan rejissoru, xalq artisti Oqtay Mirqasımovun “Qisas almadan ölmə. Keçmişdən məktublar” filmi göstərilib.

Publika.az-ın məlumatına görə, təqdimatdan sonra rejissor Oqtay Mirqasımov yaradıcı qrupu tamaşaçılara təqdim edib və onun ünvanına deyilən səmimi sözlərə görə çıxış edənlərin hamısına minnətdarlığını bildirib.

Tədbirdə Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin, Heydər Əliyev Fondunun, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin, Ümumrusiya Azərbaycan Konqresinin nümayəndələri iştirak ediblər.

“Qisas almadan ölmə. Keçmişdən məktublar” filmində Böyük Vətən müharibəsi illərində almanların Azərbaycandan deportasiya olunmasından bəhs edilir.

Filmdə Ramiz Əzizbəyli, Ayan Mirqasımova, Qurban İsmayılov, Giya Caparidze, Revaz Tvalkviladze, Diter Hallervorden, Ulrix Rexenbax, Haynt Kryukeberq çəkiliblər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm