Könül Şahbazova: “İncəsənət sahəsində sərt adamam” - FOTO
Bizi izləyin

Mədəniyyət

Könül Şahbazova: “İncəsənət sahəsində sərt adamam” - FOTO

“Odaçılar” layihəsinin növbəti qonağı aktrisa və rejissor Könül Şahbazovadır.

Bildiyimizə görə əsl sənətiniz rejisordur. Həm də aktrisa kimi çıxış edirsiz. Bu hal sizə mane olmur ki?

Xeyr, mane olmur. Mən deyərdim əksinə hətta bəzi məqamlarda köməyi olur. Məsələn, aktyorlarla iş zamanı onlara vəziyyəti başa salmaq üçün lazım olarsa özüm də aktrisa kimi göstəriş verirəm. Məncə, bu bir növ rejissorun uğurudur.

Oda Teatrına gəlişinizdən bəhs edərdiniz...

Oda Teatrı yarananda düzü desəm o qədər də marağıma səbəb olmamışdı. Niyaz bəy (aktyor Niyaz İlyasoğlu – O.A) orda çalışandan, Oda Teatrının repertuarına, üslubuna bələd olandan sonra marağım olub. Onu da qeyd edim ki, gözəl kollektivi var. Əlimdə uyğun material olandan sonra Oda Teatrı ilə əməkdaşlığa başladıq.

Ən böyük xəyalınız nədir?

Məncə, insanın arzusu, xəyalı bilinəndə tükənir. Arzularım çoxdur, biri birindən böyük, dolğun, sevimli... Yəni xəyallarım konkret deyil. (gülür) Yalnız bir şeyi həmişə arzu etmişəm: lazım olan anda lazım olan yerdə olum. Özümə layiq... Bilmirəm, bu istəyi nə qədər xəyalın ayağına yazmaq olar?!...

Niyaz İlyasoğlu ilə evlisiniz. İki incəsənət insanı bir-biri ilə necə yola gedir?

Niyazla əla yola gedirik. Bunu söz xətrinə demirəm. Mənə elə gəlir ki, ikinci bir adam məni bu cür anlaya bilməz, eləcə də onu. Bəlkə də bu inandırıcı səslənməz, amma bizim ən böyük münasibətimiz sənətlə bağlı olur (gülür).

Teatr tamaşalarında bir çox obrazlar ifa etmisiniz. Bu obrazlardan hər hansı birini canlandırmaq sizə çətin olmadı ki?

Olur, robot deyiləm ki?! (gülür) İstəyirəm, hər şey super olsun. Səhnə özü həyat kimidir, ağırlığı, çətinliyi olur. Hansı obraz üstündə daha çox əziyyət çəkirsənsə, axırda məhz ən çox o obrazı sevirsən. Əsas odur ki, bir yerdə dayanmayasan.

“Bəyaz Şedevr”də ana obrazını ifa etdiniz. Maraqlıdır, Niyazın sizə qarşı aqressiv hərəkətləri necə təsir etdi?

Mən “Bəyaz Şedevr” tamaşasında ana obrazını oynamaqdan əlavə, həm də rejissoruyam. Niyazın o cür oynamağı rejissorun tapşırığıdır. İkincisi, bir aktyor. Partnyor kimi mənim oynamağıma şərait yaratmağıdır.

Akrtisa kimi istedadlısınız. Mətbəxdə necəsiniz?

Mətbəxdə... Hələ zəhərlənən olmayıb.

Gələcək övladlarınızı aktyor kimi görmək istərdiniz?

Nə mənim, nə də Niyazın adına görə, istəmərəm. Əgər istedadı varsa, olsun. Niyə də yox?! Amma istedadı yoxdursa, mane olaram... İncəsənət sahəsində istedad baxımından sərt adamam.

Oğuz Ayvaz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm