Mədəniyyət
Azərbaycanlı polkovnik haqqında filmi çəkilir
Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” studiyası və Polşanın “Kaleydoskop” kinostudiyası tərəfindən görkəmli hərbi xadim Vəli bəy Yadigarov haqda “Polkovnik” adlı sənədli film çəkilir.
Publika.az xəbər verir ki, rus çar ordusunun tərkibində I Dünya müharibəsində iştirak etmiş Vəli bəy Yadigarov Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunda korpus komandirinin yanında eskadron komandiri olub. XI Qırmızı Ordu Bakıya daxil olanda üçüncü Şəki süvari alayının pərakəndə dəstəsilə vuruşa-vuruşa Gürcüstan ərazisinə çəkilib. 1921-ci ilin martınadək bolşeviklərə qarşı vuruşmuş və həmin il əvvəlcə Türkiyəyə, sonra Polşaya mühacirətə gedib. Polşada "Armiya krayova" xalq ordusunda əməliyyat şöbəsində süvari rəisi və 10-cu süvari atıcılar əlahiddə diviziyasının komandiri olub.
Çəkilişləri Azərbaycan, Polşa və Gürcüstanda aparılan filmin Gürcüstan və Polşa çəkilişləri artıq yekunlaşıb, Azərbaycan çəkilişlərinin isə iyun-iyul aylarında tamamlanması nəzərdə tutulub.
Filmin rejissorları Tahir Əliyev və Leji Lyubax (Polşa), ideya müəllifi Həsən Həsənov, ssenari müəllifi Ramil Ələkbərov, prodüseri Nazim Hüseynovdur.
Filmin çəkilişlərində polşalı kinematoqraflar da iştirak edirlər.
Gülnar
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik