Vaqif Mustafayevə Rusiya ali mükafatı verildi - FOTO
Bizi izləyin

Mədəniyyət

Vaqif Mustafayevə Rusiya ali mükafatı verildi - FOTO

Bakıda keçirilən Rusiya günündə Rusiya Federasiyasının ölkəmizdəki səfiri Vladimir Doroxin “Speys” (“Space”) televiziyanın rəhbəri, görkəmli kinorejissor Vaqif Mustafayevə Rusiyanın “Dostluq ordeni”ni təqdim edib.

Axar.az xəbər verir ki, dünya şöhrətli kinorejissor Rusiya Federasiyası ilə dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə böyük töhfəsinə görə Rusiya Prezidenti Vladimir Putinin Fərmanına əsasən bu yüksək mükafata layiq görülüb.

Vaqif Mustafayev Rusiya prezidentinə və səfir Vladimir Doroxinə təşəkkürünü bildirib.

Qəbulda Azərbaycanın dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, Bakıda akkreditə olunmuş diplomatik missiyaların və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

***

Rusiya Prezidenti Vladimir Putin tanınmış kinorejissor, Azərbaycanın xalq artisti, dövlət mükafatı laureatı Vaqif Mustafayevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb.

Azərtac xəbər verir ki, fərmanın mətni RF-nin rəsmi hüquqi informasiya internet portalında yerləşdirilib. V.Mustafayev Rusiya Federasiyasının “Dostluq” ordeninə “RF ilə dostluq və əməkdaşlığın möhkəmlənməsinə, ticari-iqtisadi və mədəni əlaqələrin inkişafına böyük töhfəsinə görə” layiq görülüb.

V.Mustafayev “Bəyin oğurlanması”, “Yaramaz”, “ Hər şey yaxşılığa doğru”, “Milli bomba” kimi tanınmış filmlərin, ümummilli lider Heydər Əliyev haqqında silsilə sənədli filmlərin, o cümlədən tamaşaçıların böyük rəğbətini qazanmış “Lider”, “Əsl məhəbbət haqqında”, “Bir həsədin tarixi” filmlərinin rejissorudur. Onun filmləri dəfələrlə müxtəlif nüfuzlu beynəlxalq kinofestivallarda mükafatlara layiq görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm