Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti bölgələrə yollanır - FOTOLAR
Bizi izləyin

Mədəniyyət

Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti bölgələrə yollanır - FOTOLAR

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi bölgələrə qastrol səfəri edəcək.

Teatrın mətbuat xidmətindən Publika.az-a bildirilib ki, yaradıcı heyət iyulun 4-8-də Şəmkir, Samux, Göygöl, Daşkəsən, Tovuz və Ağstafa rayonlarında Azərbaycan milli dramaturgiyasının banisi, böyük mütəfəkkir, görkəmli dramaturq və ictimai xadim M.F.Axundzadənin «Hekayəti-Xırs-Quldurbasan» tamaşası ilə çıxış edəcək.

Mədəniyyət ocağı 87-ci teatr mövsümünə iyulun 6-da Ağstafa rayonunda yekun vuracaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm