Bakıda IV Beynəlxalq kitab sərgi-yarmarkası keçiriləcək
Bizi izləyin

Mədəniyyət

Bakıda IV Beynəlxalq kitab sərgi-yarmarkası keçiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 16-dan 18-dək Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) təşkilatçılığı ilə Bakı İdman Kombinatında (Əl Oyunları İdman Sarayında) IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkası təşkil olunacaq.

BŞMTİ-nin mətbuat xidmətindən verilən məlumata görə, əhalinin asudə vaxtını səmərəli keçirməsi, cəmiyyətdə mütaliənin təbliği, mütaliə vərdişlərinin inkişaf etdirilməsi, kitabxanalara ictimai marağın artırılması məqsədilə keçiriləcək IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində idarənin şəbəkəsinə daxil olan M.Ə.Sabir adına şəhər kütləvi kitabxanası da müxtəlif sərgilər təşkil edəcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm