Beş regionda Koreya filmlərinin nümayişi planlaşdırılır
Bizi izləyin

Mədəniyyət

Beş regionda Koreya filmlərinin nümayişi planlaşdırılır

Azərbaycan Mədəniyyət Fondu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası, Koreya Fondunun təşkilatçılığı və Koreya Respublikasının Bakıdakı səfirliyinin dəstəyi ilə iyulun 6–dan avqustun 15-dək ölkəmizin 5 regionunda Azərbaycanda Koreya kinosu festivalının keçirilməsi planlaşdırılır.

SEBA Assosiasiyasından verilən məlumata görə, festivalda 2008-2013-cü illərin istehsalı olan 10 Koreya filmi nümayiş olunacaq. Assosiasiyanın dəstəyi ilə Azərbaycan dilinə dublyaj edilmiş Koreya filmləri tamaşaçılara Gəncə, Lənkəran, Sumqayıt, Ağdaş və Qəbələdə təqdim olunacaq.

İyulun 6-da Gəncə şəhərində reallaşacaq festivalının rəsmi açılış mərasimində rejissor Yim Soon-rye tərəfindən 2008-ci ildə lentə alınmış "Əbədi an" ("Forever The Moment") filmi göstəriləcək.

Festivala avqustun 15-də Qəbələdə rejissor Choi Ik-hwan tərəfindən 2011-ci ildə lentə alınmış "Ana" ("Mama") filminin nümayişi ilə yekun vurulacaq.

Azərbaycanda Koreya kinosu festivalının tədbirləri ictimaiyyət üçün açıqdır və nümayiş olunan bütün filmlərə giriş pulsuzdur.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm