Vasif Adıgözəlovun 80 illik yubileyi qeyd ediləcək
Bizi izləyin

Mədəniyyət

Vasif Adıgözəlovun 80 illik yubileyi qeyd ediləcək

İyulun 28-də görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, dövlət mükafatı laureatı Vasif Adıgözəlovun anadan olmasının 80 illiyi qeyd ediləcək.

Prezident İlham Əliyevin “Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 11 fevral tarixli Sərəncamına əsasən, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən digər aidiyyəti qurumlarla birgə tədbirlər planı hazırlanaraq təsdiq olunub.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, tədbirlər planına uyğun olaraq il ərzində teatr-konsert müəssisələrində, musiqi məktəblərində, yaradıcılıq ittifaqlarında və digər mədəniyyət ocaqlarında görkəmli bəstəkarın 80 illiyinə həsr olunan konsertlərin və tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm