Dövlət Mahnı Teatrı mövsümü maraqlı konsert proqramı ilə açacaq
Bizi izləyin

Mədəniyyət

Dövlət Mahnı Teatrı mövsümü maraqlı konsert proqramı ilə açacaq

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının yaradıcı kollektivi maraqlı konsert proqramı üzərində işləyir. Sentyabrın 18-də təşkil olunacaq konsertdə teatrın estrada-simfonik orkestri geniş konsert proqramı ilə çıxış edəcək.

Dövlət Mahnı Teatrından verilən məlumata görə, bu konsert proqramı ilə həm də yeni mövsüm açıq elan olunacaq.

Əməkdar artist Salman Qəmbərovun bədii rəhbərliyi ilə baş tutacaq konsertdə kollektivin ifasında müxtəlif musiqi nömrələri səsləndiriləcək. Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Tofiq Quliyev, Rauf Hacıyev və bir sıra xarici ölkə bəstəkarlarının da klassik əsərlərinin daxil edildiyi proqram üzərində hazırlıqlar davam edir.

Konsertdə "Cəngi" estrada folklor ansamblının müxtəlif musiqi nömrələri ilə çıxış edəcəyi gözlənilir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm