• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Qızıl toy” operettasının premyerası olacaq

“Qızıl toy” operettasının premyerası olacaq

İyulun 11-də Azərbaycan Dövlət Musiqili Teatrında "Qızıl toy" operettasının premyerası olacaq. Əsərin libretto müəllifi Ramiz Heydər, bəstəkarı Oqtay Kazımidir. Komediyaya rejissor Yusif Əkbərov quruluş verib.

Teatrın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, tamaşanın quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Vüsal Rəhim, geyim üzrə rəssam Gülnarə İbadova, quruluşçu baletmeysterlər Zakir Ağayev və Yelena Ağayeva, dirijor Fəxrəddin Atayev, xormeyster Vaqif Məstanov, konsertmeyster Nərminə Əbdürəhmanovadır.

Əsas rollarda əməkdar artistlər Nahidə Orucova, Ema Məlikova, Çingiz Əhmədov, Əkbər Əlizadə, aktyorlar Əzizağa Əzizov, Gültac Əlili, Türkel Şabanova və başqaları iştirak edirlər.

Müasir zaman üçün aktual olan əsərin əsas qayəsində Vətənə məhəbbət dayanır. Tamaşada da məhz bu hisslər aşılanır.

Əsərə ilk səhnə həyatını, 1980-ci ildə rejissor Rafiq Atakişiyev verib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR