Mədəniyyət
Dünya şöhrətli reper Azərbaycanda film çəkmək fikrindədir
ABŞ prezidentinin şəxsi dostu olan dünya şöhrətli reper Mişel Praz azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyatından bəhs edən sənədli film çəkmək məqsədilə ölkəmizə səfərə gəlib.
Publika.az xəbər verir ki, o, bunu ANS-ə müsahibəsində söyləyib. Bildirib ki, ölkəmizdə qaçqınlar düşərgəsinə getdikdə, oradakı düşərgənin Haiti və ya Dominik Respublikasındakı qaçqın düşərgələrindən fərqli olmadığını gördüm. Lakin bir məsələ var ki, burada hökumət dünyanın digər yerlərindən fərqli olaraq qaçqınlar üçün daha böyük işlər görüb. Mişel Praz ən çox bundan təsirləndiyini deyib. Hökumətin burada qaçqınlar üçün etdiyi işlərin əvəzsiz olduğunu vurğulayıb.
Mişel Praz filmi çəkməkdə məqsədi dünyaya daha əvvəl eşidilməmiş bir əhvalatı çatdırmaqdır: "Bunu Qərbə göstərmək əsas məqsədimdir. İnsanların daha əvvəl haqqında bilmədiyi faktları dünyaya çatdırmaq istəyirəm. Mən özüm gördüyüm kimi".
Qeyd edək ki, Mişel Praza ANS-in Qızıl fondunda olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində qaçqın düşmüş insanların taleyi ilə bağlı kadrlardan ibarət disk təqdim olunub.
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO