Mədəniyyət
Gənc Tamaşaçılar Teatrı 87-ci teatr mövsümünə yekun vurdu
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti bölgələrdəki qastrol səfərini başa vuraraq geri dönüb.
İyulun 4-dən start götürən qastrol səfəri Şəmkir, Samux, Göygöl, Daşkəsən və Tovuz rayonlarını əhatə edib.
Teatrın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, yaradıcı heyət sözügedən bölgələrdə Azərbaycan milli dramaturgiyasının banisi, böyük mütəfəkkir, görkəmli dramaturq və ictimai xadim M.F.Axundzadənin "Hekayəti-xırs quldurbasan" tamaşası ilə çıxış edib. Beləliklə, Dövlət Gənc Tamaşaçılar Teatrı özünün builki – 87-ci teatr mövsümünə Tovuz rayonunda yekun vurub. Mövsümün bağlanış mərasimində Dövlət Gənc Tamaşaçılar Teatrının nümayəndələri ilə bərabər, Tovuz Rayon İcra Hakimiyyəti aparatının rəhbərliyi, qabaqcıl mədəniyyət, səhiyyə, təhsil işçiləri və ziyalılar iştirak ediblər.
Rayon ictimaiyyəti adından çıxış edənlər Gənc Tamaşaçılar Teatrının kollektivinə yeni yaradıcılıq uğurları arzulayaraq, ölkənin aparıcı teatrına özünün 87-ci mövsümünə məhz Tovuz rayonunda yekun vurduğuna görə rayon ziyalıları adından təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, qastrol səfəri "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının müvafiq bəndinin icra edilməsi və bölgələrdə yaşayan əhalinin asudə vaxtının səmərəli təşkili, gənclərin və məktəblilərin mənəvi estetik tərbiyəsinin formalaşdırılması məqsədilə hər il ənənəvi olaraq həyata keçirilir.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü