Pryanikdən hazırlanan şokoladlı-bananlı tort
Bizi izləyin

Mətbəx

Pryanikdən hazırlanan şokoladlı-bananlı tort

Publika.az-ın mətbəx bölməsi pryanikdən hazırlanan şokoladlı-bananlı tortun reseptini təqdim edir:

İnqrediyentlər:

Şokoladlı pryanik - 500 qram

Xama - 100-150 qram

Banan - 3 ədəd

Şəkər ¼ stəkan

Şokolad zövqə görə

Kakao 4 xörək qaşığı

Hazırlanması:

1. Pryanikləri halqa formasında 3 hissəyə bölün.

2. Krem hazırlamaq üçün xamaya kakao, şəkər tozu əlavə edib yaxşıca çalın. Elə çalın ki, kütlənin həcmi 1,5 dəfə artsın, o, qatılaşsın.

3. Bananı halqa formasında doğrayın.

4. Sonra pryanikləri bir qaba yığın, onların arasına pryanik qırıqlarını tökün.

5. Pryanikin ilk qatını yığandan sonra üzərinə krem çəkin.

6. Bananları kremin üzərinə düzün və yenidən üzərinə krem çəkin.

7. Və beləliklə qalan pryanikləri qat-qat yığın. Üzərinə sürtgəcdən keçirilmiş şokolad parçaları tökün.

8. Bu tortun 24 saat soyuducuda qalması şərtdir.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm