• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Ləziz şlyapa” – Resept

  • Mətbəx
  • 14 İyul 2015 09:11
  • 354 Baxış
“Ləziz şlyapa” – Resept

Publika.az-ın mətbəx bölməsi ləzzətli göbələk xörəyinin reseptini təqdim edir:

İnqrediyentlər:

500 qram toyuq filesi

60 qram feta pendiri

10 böyük təzə göbələk

4 xörək qaşığı xama

1 xörək qaşığı un

1/2 stəkan xırdalanmış moserella pendiri

zövqə görə cəfəri

zövqə görə döyülmüş qara istiot, duz

1 xörək qaşığı bitki yağı

Hazırlanması:

1.Göbələkləri yuyun və qurudun. İti bıçaqla çətir hissəsini kəsin. İçini yaxşıca təmizləyin.

2. Toyuq döşünü xırdalayın. Tavaya bitki yağı əlavə edib, kubik formasında doğranılmış toyuq ətini təxminən 5 dəqiqə bişirin.

3. Toyuq qızaran müddətdə göbələklərin ayaqlarını xırdalayın, toyuğa əlavə edin. Vaxtaşırı qarışdıraraq ərzaqları daha 5 dəqiqə qızardın. dedi.

4. Xama ilə unu qarışdırın. Zəif odda olan tavaya bu qarışığı da əlavə edin. Duz, üyüdülmüş qara istiot vurun, qarışdırın. Daha 8-10 dəqiqə ərzində bişirin. Xama qatılaşdıqdan sonra tavanı oddan götürün.

5. Toyuqlu, göbələkli içlik soyuyana qədər sobanı 180 dərəcə qızdırın.

6. Feta pendirini sürtgəcdən keçirib toyuq və göbələklə qarışdırın.

7. İki xörək qaşığı istifadə içliyi göbələyin şlyapasına qoyun. Üzərinə sürtgəcdən keçirilmiş mosarella pendiri səpin.

8. Sobada 15-20 dəqiqə ərzində qızardın.

Nuş olsun!

Xəbər lenti

DAHA ÇOX XƏBƏR