Lay-lay salat - Resept
Bizi izləyin

Mətbəx

Lay-lay salat - Resept

Bu salatın hazırlanması həm asandır, həm görünüşü göz oxşayır. Publika.az-ın mətbəx bölməsi salatın reseptini təqdim edir:

İnqrediyentlər:

kartof

göy soğan

yumurta

konservləşdirilmiş göbələk

vetçina

kök

Hazırlanması:

1-ci lay: Qaynadılmış kartofu sürgəcin iri gözündən keçirin, duz, istiot, mayonez vurun.

2-ci lay: Yaşıl soğanı xırdalayıb kartofun üzərinə səpin.

3-ci lay: qaynadılmış və xırdalanmış yumurta olmalıdır.

4-ci lay: Turşuya qoyulmuş göbələyi doğrayın və salata əlavə edin. Üzərinə mayonez çəkin.

5-ci lay: Vetçinanı kubik şəklində doğrayıb salatın üzərinə səpin. Daha sonra üzərinə mayonez çəkin

6-ci lay: Bişmiş kökü sürtgəcdən keçirib salatın üzərinə əlavə edin. Düz, istiot, mayonez vurun.

7-ci lay: Əridilmiş pendir və bir az Holland pendirini sürtgəcdən keçirib salatın üzərinə əlavə edin.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm