Kartofda jülyen - Resept
Bizi izləyin

Mətbəx

Kartofda jülyen - Resept

Publika.az-ın mətbəx bölməsi ləziz xörəyin reseptini təqdim edir:

İnqrediyentlər:

Kartof

Göbələk

Qaymaq və ya xama

Pendir

Duz, istiot zövqə görə

Hazırlanması:

Kartofları yuyun. Qabıqlarını soymayın. İkiyə bölün. Çay qaşığı ilə içərisini təxminən 5-7 mm. qalınlığında oyun. Kartofu soyuducuya qoyun ki, qaralmasın.

Bu arada jülyeni ən geniş yayılan üsullardan biri ilə hazırlayın. Tavaya 50-70 qram kərə yağı tökün, göbələkləri qovurun. Göbələyin suyu çəkiləndən xırda doğranılmış soğan əlavə edin. 5-6 dəqiqədən sonra qatılaşması üçün yarım xörək qaşığı un əlavə edin. Duzlayın. 3-4 dəqiqə qarışdırın ki, jülyen qatılaşsın.

Kartofları soyuducudan çıxardın, duz, istiot vurun, üzərinə kiçik bir parça kərə yağı qoyun. Soyumuş göbələkli qarışığı onun içinə yığın və üzərinə sürtgəcdən keçirilmiş pendir səpin. Sobada 180-200 dərəcədə bişirin.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm