"Monastır daxması" tortu - Resept
Bizi izləyin

Mətbəx

"Monastır daxması" tortu - Resept

Publika.az-ın mətbəx bölməsi maraqlı görüntüsü və ləziz dadı ilə siz ovsunlayacaq tortun reseptini təqdim edir:

Xəmir üçün inqrediyentlər:

Kərə ya marqarin yağı - 250 qram

Şəkər tozu - 200 qram

Buğda unu - 3-4 stəkan

Qabartma tozu - 1 çay qaşığı

Vanilin - 1 bir çimdik

Xama - 200 qram

Duz - 1 bir çimdik

İç üçün inqrediyentlər:

Giləmeyvə (təzəsi, mürəbbəsi və ya konservləşdirilmiş - 500-600 qram

Nişasta - 1 xörək qaşığı

Kremi üçün inqrediyentlər:

Yağlı və qatı xama - 500-600 qram

Şəkər tozu - 200 qram

Bəzək üçün:

Qoz - 100 qram

Tünd şokolad - 100 qram

Hazırlanması:

Yumşaldılmış kərə yağına şəkər tozu və vanillin əlavə edib çalın, daha sona xama töküb, qarışdırın.

Una qabartma tozu əlavə edib xama və yağla birləşdirin. Xəmir yoğurun. Çox elastik və hamar xəmir alınmalıdır.

Xəmiri 16 bərabər hissəyə bölün. Hər kündəni 20-25 sm uzunluğunda, 8 sm enində açın.

Əgər gilənar təzədirsə və dondurulmuşdursa, gilənarı şəkərlə və nişasta ilə qarışdırın. Əgər mürəbbə və ya konservləşdirilmiş gilənar istifadə edirsinizsə, şəkər əlavə etmək lazım deyil.

Xəmirin ortasına giləmeyvə qoyun və xəmiri yaxşıca bağlayın. Ensiz, rulet formalı olmalıdır.

Bütün ruletlərin eyni formada olmasına diqqət yetirin ki, tortunuz səliqəli görünsün.

Ruletləri 200 dərəcə isidilmiş sobada, yağlı soba kağızının üzərində 15 dəqiqə bişirin.

Bu müddətdə krem hazırlayın. Şəkərlə xamanı qarışdırın.

Tortun hazırlanması xeyli vaxt aparır. Bişmiş ruletlər soyuduqdan sonra onu daxma formasında yığın. Altdan 5 rulet yığın. Sonra 4, 3, 2 və 1 rulet qoyun. Əgər ruletiniz çoxdursa və ya daha böyük tort hazırlamaq istəyirsinizsə, aşağı qata 7, 8 rulet düzə bilərsiniz. Təbii ki, hər növbəti qat özündən əvvəlkindən bir ədəd az olmalıdır.

Hər qata mütləq krem vurun. Sonda üzərinə də krem çəkin.

Üzərini sürtgəcdən keçirilmiş və ya əridilmiş şokoladla, qozla bəzəmək olar. Amma bu tortu tez kəsmək olmaz. Ən azı 6-8 saat gözləmək lazımdır ki, xəmir kremi hopsun və dadlı tort alınsın.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm