Krujevalı bilinçik - Resept
Bizi izləyin

Mətbəx

Krujevalı bilinçik - Resept

Bu bilinçik çox dadlı, zərif, incə alınır. Bilinçikin deşikli, şəbəkəli görünüşü isə ayrı aləmdir. Publika.az ləzzəti ilə qəlbinizi ovsunlayacaq, görünüşü ilə gözlərinizi oxşayacaq bilinçikin reseptini təqdim edir:

İnqrediyentlər:

3 və 1/4 stəkan süd (yağlılığı 2,5%)

Quru maya 10 qram

2 ədəd toyuq yumurtası

Unu 500 qram

Şəkər tozu 2 xörək qaşığı

1 çay qaşığı duz.

Bitki yağı 2 xörək qaşığı

İncə bilinçikin hazırlanması üçün avadanlıq:

Tava

Kasa

Ələk

Kürək

Çömçə

Xörək qaşığı

Şəbəkəli bilinçikin hazırlanması:

Maya hazırlayın. Quru mayanı qaba tökün, üzərinə duz, isidilmiş 1/4 stəkan süd tökün. Mayanı isti yer qoyun ki, köpüklənsin.

Xəmiri qarışdırın. Unu ələyin, ona duz, şəkər, yumurta və artıq özünə gəlmiş mayanı əlavə edin. Xəmir hazır kütlə halına qədər qarışdırın. Sonra bitki yağı əlavə edin. Bitki və ya əridilmiş kərə yağı da əlavə edə bilərsiniz.

Xəmirin qabına qapaq qoyub isti yerdə saxlayın. Xəmir özünə gəlməlidir. Bunu xəmirin 3-4 dəfə artmağından da hiss edəcəksiniz. Hər dəfə xəmir şişdikdə onu qarışdırmaq lazımdır. Xəmir daşa da bilər. Ona görə xəmiri 2-2,5 litrlik qazanda hazırlayın.

Bilinçikləri bişirin. Xəmir hazır olandan sonra tava azca bitki yağı tökün və bir çömçə xəmiri tavada yayın. Əgər xəmir düzgün hazırlanıbsa xəmir sabun kimi köpəcək. Bilinçiki mətbəx kürəki ilə çevirin.

Bilinçiki süfrəyə xama, mürəbbə, giləmeyvə ilə vermək olar.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm