Rulet formasında şuba salatı - Resept
Bizi izləyin

Mətbəx

Rulet formasında şuba salatı - Resept

Publika.az-ın mətbəx bölməsi siyənək balığı ilə hazırlanan rulet formasında şuba salatının reseptini təqdim edir:

İnqrediyentlər:

Çuğundur - 4 ədəd

Kök - 4 ədəd

Kartof - 2-3 ədəd

Yumurta - 2 ədəd

Siyənək balığı - 1 ədəd orta ölçüdə

Baş soğan - 1 ədəd

Mayonez - 100 qram

Duz

Hazırlanması:

Bütün tərəvəzləri və yumurtanı qaynadın, soyudun, qabıqlarını təmizləyin. Siyənəyin xırda sümüklərini təmizləyin və xırda kubik şəklində doğrayın. Baş soğanı xırda-xırda doğrayıb siyənəklə qarışdırın. Tərəvəzləri və yumurtanı sürtgəcin xırda gözündən keçirin.

Çuğunduru yemək plyonkasının üzərinə yayın, duz vurun.

Sonra kökü onun üzərinə yayın. Amma kök qatı kök çuğundur təbəqəsindən az olmalıdır. Mayonez vurmağı unutmayın. Üzərindən kartof, yumurta layını çəkin. Siyənəyi düz ortasına yığın. Şəkildə gördüyünüz formada.

Plyonkanın köməyi ilə salatı rulet formasında bükün. Ruleti 2-3 saat soyuducuda saxlamaq lazımdır. Süfrəyə verərkən plyonkasını çıxardın.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm