Mətbəx
"Ətli qarmon" - Resept
Publika.az-ın mətbəx bölməsi həm görünüşü, həm də dadı ilə qəlbinizi ovsunlayacaq "Ətli qarmon"un reseptini təqdim edir:
İnqrediyentlər:
yumşaq mal və ya donuz əti 1 kq.
2 ədəd pomidor
bərk pendir 200 qram
3 diş sarımsaq
Marinad üçün:
Limon şirəsi -1 xörək qaşığı
Soya sousu - 2-3 xörək qaşığı
Xardal - 1 xörək qaşığı
Zeytun və yaxud bitki yağı 2 xörək qaşığı
Hazırlanması:
Bu xörəyi hazırlamaq üçün yumşaq, düzbucaqlı, sıx ət parçası lazımdır. Ətdə köndələn kəsiklər açın. Ancaq sona qədər kəsməyin.
Marinə üçün lazım olan ərzaqları qarışdırın və ətə yaxşıca çəkib. Əti 10-12 saat marinə edin.
Pendiri və sarımsağı xırda-xırda, pomidoru həlqə formasında doğrayın. Ətin kəsiklərinə pendir, pomidor və sarımsaq qoyun. Ağız dadınıza uyğundursa, göbələk də əlavə edə bilərsiniz. 180-200 dərəcədə 50-60 dəqiqə bişirin. Hazır xörəyi göyərti ilə bəzəyin.
Nuş olsun!
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB