Göbələkli, toyuqlu makaron - Resept
Bizi izləyin

Mətbəx

Göbələkli, toyuqlu makaron - Resept

Publika.az-ın mətbəx bölməsi doyumlu və dadlı, göbələkli və toyuqlu makaronun reseptini təqdim edir:

İnqrediyentlər:

Makaron - 400 qram

Təzə göbələk - 400 qram

Toyuq filesi - 400 qram

Yumşaq pendir - 200 qram

Duz

Bitki yağı

Hazırlanması:

Toyuq filesini yuyun, eyni ölçüdə kiçik tikələrə doğrayın. Tavaya bitki yağı tökün, duzladığınız toyuğu təxminən 10 dəqiqə bişirin.

Şampinyonları da yuyun, xırda doğrayın və toyuğa əlavə edərək birlikdə 7-8 dəqiqə bişirin.

Yumşaq pendir tavaya tökün və tam həll olunana qədər bişirin.

Makaronu etiketdəki təlimata əsasən bişirin. Suyunu süzdükdən sonra tavaya əlavə edib 3 dəqiqə bişirin.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm