Pomidorlu, pendirli qrenka - Resept
Bizi izləyin

Mətbəx

Pomidorlu, pendirli qrenka - Resept

Publika.az-ın mətbəx bölməsi asan hazırlanan qəlyanaltının reseptini təqdim edir:

İnqrediyentlər:

3 dilim çörək

1 yumurta

2 xörək qaşığı süd

Bir pomidoru yarısı

3 xörək qaşığı sürtgəcdən keçirilmiş pendir

Şüyüd

Duz, istiot

Bitki yağı

Hazırlanması:

Yumurtaya duz, istiot, doğranmış şüyüd, süd əlavə edib qarışdırın.

Çörəyi dilimləyin.

Çörək dilimlərini yumurtalı kütləyə batırın, içində bir qədər saxlayın ki, ona yaxşı hopsun.

Bitki yağında çörəklərin hər iki tərəfini qızardın. Əgər kasada yumurtalı kütlədən qalıbsa, qrenka bişənə yaxın onu da tavaya tökə bilərsiniz.

Hazır qrenkanın üzərinə halqa formasında kəsilmiş pomidor qoyun, istiot, duz vurun. Üzərinə sürtgəcdən keçirilmiş pendir töküb sobada 5-10 dəqiqə qızardın.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm