Ləziz qarabaşaq salatı
Bizi izləyin

Mətbəx

Ləziz qarabaşaq salatı

Yay aylarında qarabaşaqdan o qədər də çox istifadə etmirik. Ancaq onun faydalı xüsusiyyətlərini nəzərə alaraq, ona hər mövsüm süfrəmizdə yer verməliyik.

Bu gün sizinlə dadlı və asan hazırlanan qarabaşaq salatı reseptini bölüşəcəyik.

Tərkibi:

1 stəkan qarabaşaq

1,5 stəkan su

1 ədəd portağal

1 ədəd kök

1 ədəd qırmızı soğan

1 ədəd qırmızı bibər

3-4 yarpaq kahı

Arzuya görə, cəfəri və şüyüd

Sousu üçün:

Zeytun yağı

Narşərab

Duz

Hazırlanması:

Qarabaşağı təmiz yuyub süzün. Bir qazana töküb üzərinə 1,5 stəkan su əlavə edin. Suyu çəkilənə qədər, təxminən, 12-13 dəqiqə bişirin. Daha sonra ocağın altını söndürüb qarabaşağı dəmlənməyə qoyun. Qarabaşaq dəmlənərkən siz salatınızı hazırlamağa davam edin. Bunun üçün də kökü rəndələyin. Qırmızı soğanı və kahını incə-incə, bibəri kiçik kvadrat formasında doğrayın. Portağalı soyun, ağ pərdələrini təmizləyib dilimləyin. Şüyüdü və cəfərini də xırda-xırda doğrayın.

Soyumuş qarabaşağı iri bir kasanın içərisinə tökün. Doğradığınız bütün məhsulları içərisinə əlavə edin.

Kənarda sousunu hazırlayın. Bunun üçün zeytun yağı ilə narşərabı qarışdırıb bir az duz əlavə edin. Sousu salatın üzərinə əlavə edib qarışdırın.

Salatınız hazırdır, süfrəyə verə bilərsiniz. Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm