Makaronlu noxud şorbası
Bizi izləyin

Mətbəx

Makaronlu noxud şorbası

Doyumlu və gün ərzində tox saxlayan ləziz şorba resepti hazırlamaq üçün:

Ərzaqlar:

4 yemək qaşığı zeytun yağı

1 ədəd soğan

1 ədəd yerkökü

2 kərəviz sapı

2 diş sarımsaq

3 ədəd pomidor

6 stəkan su

1 stəkan qaynadılmış noxud

Yarım paket yumru makaron

Duz, istiot

Hazırlanması:

Soğanı doğrayıb zeytun yağında qızarana qədər qovurun. Doğranmış kərəviz, sarımsaq, pomidor və yerkökünü yağ-soğana əlavə edib 3 dəqiqə qızardın. Üzərinə isti su töküb 25-30 dəqiqə zəif odda bişirin. Makaron və qaynadılmış noxudu da əlavə edib makaron yumşalana qədər bişirin. Zövqə görə duz, istiot da əlavə edib isti-isti süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm