Fındıqlı və pudinqli keks
Bizi izləyin

Mətbəx

Fındıqlı və pudinqli keks

Dostlarınızı çay süfrəsinə dəvət etmək istəyirsiniz? Elə isə dadı damaqlardan uzun müddət getməyəcək keks reseptini sınamağın vaxtı gəlib çatıb.

Publika.az dadlı keks reseptini təqdim edir:

1 paket şokoladlı pudinq

2.5 stəkan süd

1 ədəd 20 sm-lik hazır, sadə keks

Yarım stəkan fındıq

Üzərini bəzəmək üçün:

1 paket şokolad sousu

1 paket krem şanti

1.5 stəkan süd

Yarım stəkan meyvə (arzuya görə, istənilən meyvədən istifadə etmək olar)

Hazırlanması:

Pudinqi bişirin. Soyuması üçün bir kənara qoyun. 10 dəqiqə keçdikdən sonra keksi əllərinizlə kiçik hissələrə bölüb pudinqin içərisinə əlavə edin. Fındıqları da üzərinə töküb qarışdırın. Bu qarışımı dibinə yapışmayan kağız sərdiyiniz keks qəlibinin içərisinə tökün. Qabı buzluğa qoyub 2-3 saat orada saxlayın.

Bir kənarda krem şanti ilə südü qarışdırıb mikserlə çırpın. Keksi buzluqdan çıxarıb dilimləyin. Üzərinə şokoladlı sousu yayın. Meyvələr və krem şanti ilə bəzəyin.

Nuş olsun!

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm