Kartoflu ləziz keks - RESEPT
Bizi izləyin

Mətbəx

Kartoflu ləziz keks - RESEPT

“Kartofdan da keks olar?” - deməyin və fərqli bir ləzzətlə tanış olun!

Publika.az-ın mətbəx bölməsi kartofdan hazırlanan ləziz kartof keksinin reseptini təqdim edir:

Hazırlanması:

1 stəkan yağ

5 xörək qaşığı qatıq

2 yumurta

3 ədəd orta böyüklükdə kartof

2 ədəd orta böyüklükdə soğan

5 yemək qaşığı un

1 paket qabartma tozu

4 çay qaşığı duz

Pul bibər, istiot

Hazırlanması:

Yumurtanı, qatığı və yağı qarışdırandan sonra soğanı və kartofu kub şəklində içinə doğrayın (kartoflar və soğanlar çiy olmalıdır). Unu, qabartma tozunu və duzu da üzərinə töküb qarışdırın. Ən son mərhələdə istiot və pul bibəri əlavə edib qarışdırın. Alınmış qarışığı kiçik dairəvi qaba töküb sobaya qoyun və 170 dərəcədə bişirin.

Zövqə görə göyərti də əlavə edə bilərsiniz

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm