Kipr kotleti
Bizi izləyin

Mətbəx

Kipr kotleti

Payız və qış aylarında ət yeməklərinə daha çox üstünlük veririk.

Həm mövsümi, həm də ətli yeməklərin ölkəmizdə kifayət qədər çox sevildiyini nəzərə alaraq Kipr kotleti reseptini təqdim edirik:

Tərkibi:

1 kq. kartof

1 ədəd soğan

200 qr. üyüdülmüş ət

1 ədəd yumurta

3 dilim bayat çörəyin içi

Duz

Quru nanə

Kimyon

Zeytun yağı

Hazırlanması:

Kartofu suda 10 dəqiqə bişirin, daha sonra qabığını soyun. Rəndənin xırda gözlü tərəfindən keçirin. Soğanı da rəndələyin və kartofla birlikdə bir süzgəcin içərisinə tökün. Suyu süzüldükdən sonra soğanla kartofu böyük bir boşqaba tökün. Əti, yumurtanı, ovulmuş çörəyi, duzu və ədviyyatları bu qarışığa əlavə edib yoğurun. Qoz böyüklüyündə hissələr qoparıb yumru kotlet halına gətirin.

Zeytun yağını tavaya töküb qızdırın və kotletlərin hər iki tərəfini yaxşıca qızardın. İsti və ya ilıq şəkildə süfrəyə verin.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm