"Qırmızı dəniz" – Resept
Bizi izləyin

Mətbəx

"Qırmızı dəniz" – Resept

Publika.az-ın mətbəx bölməsi yay ayları üçün ən dadlı salat reseptlərindən birini təqdim edir:

İnqrediyentlər:

250 qram krab çöpləri (on ayaqlı dəniz xərçəngi)

2-3 pomidor

1 ədəd qırmızı bibər

150 qram bərk pendir

2 diş sarımsaq

mayonez

Hazırlanması:

Krab çöplərini nazik dilimləyin.

Pomidorun toxumlarını və sulu hissəsini çıxardın, nazik və uzun formada doğrayın.

Bibərin içini təmizləyib eyni formada doğrayın.

Pendiri sürtgəcdən keçirin.

Sarımsağı xırdalayın.

Bütün ərzaqları qarışdırın, duz istiot və mayonez vurun.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm