Kələm qovurması
Bizi izləyin

Mətbəx

Kələm qovurması

Kələm ən faydalı və çox sevilən tərəvəzlərdəndir. Adətən, kələm deyəndə dolma yada düşür. Ancaq bu tərəvəzdən cürbəcür, dadlı və faydalı yeməklər, salatlar hazırlamaq olar.

Publika.az bu gün sizə kələm qovurması reseptini təqdim edir:

Tərkibi:

1 ədəd kiçik, ağ kələm

1 ədəd rəngli bibər (qırmızı və ya sarı)

1 ədəd baş soğan

3-4 diş sarımsaq

Duz

İstiot

2 xörək qaşığı bitki yağı

Bir az şüyüd

Hazırlanması:

Sarımsağı, soğanı, bibəri, şüyüdü, kələmi incə-incə doğrayın. Əvvəlcə soğanla bibəri yağa töküb qovurun. Sonra içərisinə sarımsaqla şüyüdü də əlavə edib hamısını birlikdə 2-3 dəqiqə qovurun. Daha sonra içərisinə kələmi də qatın. Duz və istiotunu vurub qarışdırın. Kələm yumşalana kimi bişirin. Həmin vaxt ərzində yeməyinizi tez-tez qarışdırmağı unutmayın.

Yemək hazırdır. İstəsəniz, bu qovurmanın üzərinə 1-2 ədəd yumurta da əlavə edib kükü halına gətirə bilərsiniz.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm