Çin börəyi
Bizi izləyin

Mətbəx

Çin börəyi

Yeni ləzzət axtarışındasınızsa, Çin börəyi sizi sevindirəcək. Damaq dadımıza uyğun bu börəyi mütləq sınaqdan keçirin.

Tərkibi:

1 ədəd iri yuxa

1 ədəd soğan

2 ədəd suda bişmiş kök

2 yarpaq ağ kələm

Yarım dəstə soya cücərtisi

Yarım stəkan turp cücərtisi

Suda bişmiş 200 qram toyuq filesi

4 xörək qaşığı soya sousu

1 xörək qaşığı zeytun yağı

1 yumurtanın ağı

Duz, istiot

Qızartmaq üçün:

1 ədəd yumurta

1 stəkan suxarı

Günəbaxan yağı

Hazırlanması:

Soğan, kök və kələmi dördkünc doğrayıb tavaya tökün və üzərinə zeytun yağı əlavə edib rəngləri dəyişənə qədər qızardın. Turp, soya cücərtisi, toyuq filesi, soya sousu və istiotu əlavə edib qarışdırın. 7-10 dəqiqə bişirin. Tavanı ocaqdan götürün və ilıqlanmasını gözləyin. Yuxanı iri üçbucaqlara bölün. Hazırladığınız içliyi üçbucağın kənarına qoyaraq sarıyın. Ucuna yumurta ağı çəkərək yapışdırın. Börəkləri çırpılmış yumurtaya bulayıb suxarıya batırın və qaynar yağda qızardın. Hər iki tərəfi qızartdıqdan sonra börəkləri mətbəx kağızının üzərinə düzün. İlıq formada süfrəyə verin.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm