Südlü mərci şorbası
Bizi izləyin

Mətbəx

Südlü mərci şorbası

Klassik mərci şorbası yeməkdən bezmisiniz?

Elə isə Publika.az-ın təqdim etdiyi südlü mərci şorbası reseptini mütləq sınaqdan keçirin.

Tərkibi:

Yarım stəkan süd

1 stəkan qırmızı mərci

6 stəkan su

2 xörək qaşığı düyü

1 ədəd soğan

2 diş sarımsaq

1 xörək qaşığı zeytun yağı

Pul bibər, nanə, istiot, kəklikotu

Hazırlanması:

Soğan və sarımsağı soyub doğrayın. Düyü və mərcini yaxşıca yuyub süzün. Mərcini, düyünü, sarımsağı, soğanı və suyu qazana tökün. Orta temperaturda 25 dəqiqə bişirin. Qazanı ocaqdan götürüb şorbanı blender vasitəsilə hamar hala salın. Südü şorbaya əlavə edin. Qazanı təkrar ocağın üzərinə qoyub bir burum qaynadın.

Kiçik bir tavada zeytun yağını qızdırın. Ədviyyatları yağın içərisinə töküb 1-2 dəqiqə qarışdırın. Daha sonra yağı şorbaya əlavə edin. Südlü mərci şorbası hazırdır.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm