Bayram süfrənizi yapon souslu antrikotla bəzəyin - RESEPT
Bizi izləyin

Mətbəx

Bayram süfrənizi yapon souslu antrikotla bəzəyin - RESEPT

Ərzaqlar:

500 qram dana, ya da quzu əti

1 diş sarımsaq

1 diş sarımsaq qədər zəncəfil

Yarım çay stəkanı teriyaki (yapon sousu) sousu

Yarım stəkan zeytun yağı

1 stəkan süd

1 ədəd soğanın suyu

Duz, istiot

Kəklikotu

Hazırlanması:

Dərin bir qabda yapon sousunu, süd, soğan suyu və zeytun yağını qarışdırın. Sürtgəcdən keçirilmiş zəncəfil və sarımsağı sousa əlavə edin. Sonra ədviyyatları və əti qaba qoyaraq yaxşıca qarışdırın. Qabın üstünü streçlə örtərək soyuducuda azı 2 saat, ən çox 1 gün saxlayın.

Qızartmazdan əvvəl soyuducudan çıxardın və 5-10 dəqiqə gözləyin.

Tavanı isə əvvəlcədən az yağda qızdırın. Onun yanında təzə kartof qızartması, badımcan və göbələk də hazırlamaq olar. İstəyirsinizsə, plov, ya da kartof salatı hazırlaya bilərsiniz.

Qeyd: Antrikot qızartmasını çuqun tavada və ya tökmə dəmir torda bişirdikdə daha ləzzətli bişir.

Bayramınız mübarək!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm