• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Kivi mürəbbəsi - RESEPT

  • Mətbəx
  • 28 Oktyabr 2015 18:16
  • 380 Baxış
Kivi mürəbbəsi - RESEPT

Ərzaqlar:

1 kq. kivi (yumşaq olmalı deyil)

1,5 kq. şəkər tozu

1 çay qaşığı limon duzu

Hazırlanması:

Kivi qabığını soyub ortadan iki yerə bölün və dilimləyin. Üzərinə şəkər tozu əlavə edib bir gecə saxlayın. Ertəsi gün kivinin şirəsi çıxacaq. Onu öz şirəsində orta odda, təxminən 30 dəqiqə qaynadın. Mürəbbənin qatılığına nəzarət edin. Bunun üçün boşqaba bir qaşıq mürəbbə töküb necə axdığına fikir verin. Əgər su kimi axırsa, deməli, hələ hazır deyil. 1 çay qaşığı limon duzu töküb bir az da qaynadın.

Mürəbbəni isti-isti şüşə bankaya boşaldın. Bankanın qapağını mürəbbə isti ikən möhkəm bağlayıb tərsinə çevirin və bu şəkildə 1 gün saxlayın.

Nuş olsun!

Xəbər lenti

DAHA ÇOX XƏBƏR