Möcüzə resept - Arıqladan kərəviz şorbası
Bizi izləyin

Mətbəx

Möcüzə resept - Arıqladan kərəviz şorbası

Sağlam qidalanma mütəxəssisləri artıq çəkidən əziyyət çəkən insanlar üçün xüsusi olaraq kərəviz şorbası hazırlayıblar.

Olduqca effektiv təsir edən bu şorba qısa müddət ərzində arıqlamağa imkan verir. Kərəviz pəhrizinin əks təsiri yoxdur. Gün ərzində istədiyiniz qədər şorba içə bilərsiniz. Müntəzəm istifadə etdikdə kərəviz bərpaedici, cavanlaşdırıcı və hətta detoks təsiri göstərir.

Kərəviz pəhrizi 1 həftə üçün nəzərdə tutulub, bu günlər ərzində üzüm, banan və kartofdan başqa digər meyvə-tərəvəzlərdən istənilən qədər yemək olar. Həmçinin istənilən qədər təmiz su, qazsız mineral su, yaşıl çay və şəkərsiz qəhvə də içmək olar. Asan həzm olunan kərəviz şorbası yağəridən təsirə malikdir və çox faydalıdır.

Kərəviz şorbasının resepti:

Ərzaqlar:

Kərəviz sapı - 400 qram

1 ədəd soğan

Zeytun yağı

2 ədəd kartof

2 ədəd yerkökü və ya bibər

1 ədəd dəfnə yarpağı

1 ədəd təzə sıxılmış limon suyu

1 çay qaşığı zirə

Duz, qara istiot

Hazırlanması:

Zeytun yağını böyük qazana töküb azca qızdırın. Sonra kub şəklində doğranmış soğanı qızarana qədər qovurun. Üzərinə dəfnə yarpağı və zirə əlavə edərək doğranmış kərəviz sapları əlavə edin. Bir neçə dəqiqə istiləşəndən sonra kub şəklində doğranmış kök və kartofu qazana tökün. Qazanın qapağını bağlayıb 4-5 dəqiqə bişirin. Daha sonra qaynar su əlavə edərək çox zəif odda bişirin. Sonda xörəyi blenderdən keçirib sevris edin. Üstünə limon suyu sıxaraq yeyin.

Nuş olsun!

Kərəvizin faydaları barədə yazını Publika.az-ın "Sağlamlıq" bölməsindən oxuya bilərsiniz.

http://publika.az/p/112750

Oxumağa davam et
Reklam
Reklam

Gündəm