Diyetik yaşıl tort resepti
Bizi izləyin

Mətbəx

Diyetik yaşıl tort resepti

Diyetik yaşıl tort resepti

Ərzaqlar:

3 yumurta

1 stəkan şəkər

2 stəkan un

1 paket vanil

Qabartma tozu

1 stəkan pörtmüş, püre halına gətirilmiş ispanaq

Krem üçün

3 stəkan süd

2 yemək qaşığı un

1 yemək qaşığı nişasta

1 stəkan şəkər tozu

1 paket vanil

2 paket krem şanti

2 stəkan süd

1 ədəd kivi

Hazırlanması:

Yumurta ilə şəkəri çalın. İspanaq püresini oraya əlavə edin. Sonra növbə ilə un, qabartma tozu və vanil əlavə edin. Keks qəlibini yağlayın. Əvvəlcədən 170 dərəcədə qızdırılmış sobada keksi bişirin.

3 stəkan süd, 2 xörək qaşığı un,1 yemək qaşığı nişasta,1 stəkan şəkər tozu və 1 paket vanili qarışdırıb bişirin. Hazırladığınız kremi keksin arasına sürtün. 2 stəkan krem şanti və 2 su stəkanı südü mikserlə çalın. Tortun üzərinə çəkib zövqünüzə görə kivi ilə bəzəyin.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm