Xəmir xörəyi “Sürhüllü”nün resepti - - VİDEO
Bizi izləyin

Mətbəx

Xəmir xörəyi “Sürhüllü”nün resepti - - VİDEO

Xəmir xörəyi “Sürhüllü”nün resepti

Azərbaycanın şimal-qərb bölgəsində təbiət qoynunda isti və kalorili xəmir xörəyi zəruridir. O, təmiz havada daha yaxşı həzm olunur, nəinki şəhərin qaynar həyatında.

Qax rayonunun ən məşhur xəmir xörəyi olan "Sürhüllü"nü Sputnik-in xüsusi müxbiri ev şəraitində hazırlayıb və reseptini də bizimlə bölüşüb. Yerli adamlar deyirlər ki, əgər sən sürhüllü yeməmisənsə, deməli Qaxda olmamısan.

Sürhüllünü hazırlamaq üçün buğda ununa azca duz vurularaq xəmir yoğrulur. Sonra xəmir əllə uzunsov formada yumrulanır, kəsilərək kiçik bərabər hissələrə bölünür. Sonra bu hissələr barmaqla çəkilir. Çəkilmiş sürhüllülərin üst hissəsi qırışmış makarona bənzəyir. Elə etmək lazımdır ki, xəmir maksimum nazik açılsın. Çəkilmiş sürhüllülər qazanda qaynar duzlu suyun içinə tökülərək 5 dəqiqə ərzində bişirilir. Sonra onlar kəfkirlə qazandan çıxarılır, suyu süzülür, dərin boşqablara, ya da buludlara tökülür. Üzərinə qabaqcadan qoyun ətindən hazırlanmış sous əlavə edilir, üzərinə ət qoyulur. Yeyərkən zövqə görə alçadan, yaxud zoğaldan hazırlanmış turşu və sarımsaq əlavə edilir.

Bu ləzzətli spesifik yerli yeməyi hətta xəmir xörəklərini xoşlamayan insanlar da çox sevirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm