Saxta yağ problemi: Kərə yağını necə tanımalı? - - VİDEO
Bizi izləyin

Mətbəx

Saxta yağ problemi: Kərə yağını necə tanımalı? - - VİDEO

Əsl kərə yağını saxtasından ayırmağın yolları.

Mütəxəssislərə görə, yağların bir qismi naməlum heyvanların iç yağı, piylər və bitkilərdən, digər qismi isə, mənşəyi bilinməyən kimyəvi materiallardan hazırlanır. Əsl kərə yağını saxtasından ayırmağın yollarından danışacağıq.

Publika.az xezerxeber.az-a istinadən bildirir ki, satışda saxta kərə yağları var.

İlk baxışdan kərə yağı kimi görünsə də, tərkibi kimyəvi maddələrdən ibarətdir. Hətta əsl yağ təəssüratı yaratsın deyə kərə dadı və qoxusu da verilir.

Əsl kərə yağı almaq istəyənlər əvvəlcə onun qiymətinə fikir verməlidirlər.

Halbuki, 1 kq kərə yağının istehsalı üçün azı 20 litr yüksək keyfiyyətli südə ehtiyac var. Südün topdansatış bazar qiyməti isə 30 qəpikdən az deyil. Bu halda 1 kq kərə yağının maya dəyəri istehsal, daşınma və satış xərcləri, həmçinin vergilər də nəzərə alınmaqla, 7-8 manatdan az olmamalıdır.

Kərə yağı solğun sarı rəngdə olur. Tünd sarı, narıncı rəng yağa boya maddələrinin qatıldığını göstərir. Əsl kərə yağını müəyyən etmək üçün bir dilim yağı ilıq suyun içinə atın. Suyun rəngi dəyişsə deməli boya əlavə edilib.

İki müxtəlif firmanın məhsulunu əridərək sınaqdan keçirmək qərarına gəldik. Bu da nəticə..

Oxumağa davam et
Reklam
Reklam

Gündəm