İnanılmaz yenilik: yeməli şüşələr – FOTO/VİDEO
Bizi izləyin

Mətbəx

İnanılmaz yenilik: yeməli şüşələr – FOTO/VİDEO

Alimlər plastik butulkalar əvəzinə onu hazırlayır

Alimlər plastik butulkalar əvəzinə yeyilə bilən su şarları istehsal edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “Skipping Rocks Labs” adlı innovasiya şirkəti plastik butulkalara ehtiyac duyulmadan bir paketləmə texnologiyası üzərində çalışır.

Bu yenilik suyun şar şəklində xüsusi materiallarda qablaşdırmasından ibarətdir. İlk olaraq 2014-cü ildə başlanan “Ohoo” texnologiyasının inkişaf etdirilməsi nəticəsində buz topları kalsium xlorid və qəhvəyi essensiyadan düzəldilir. Buz ərisə belə şar şəklində olan su qabının təbəqəsi pozulmur və suyu sağlam şəkildə qorumağa davam edir.

Tamamilə təbii olan “Ohoo” texnologiyasının əsas mqəsədi təbiəti ətraf mühitə zərər verən və illərlə çürüməyən plastik qablardan qorumaqdır. Alimlərin sözlərinə görə, su şarlarını qoruyan üst təbəqənin insan sağlamlığı üçün heç bir zərəri yoxdur. Əksinə “Ohoo” adlı yeməli su şarları plastik şüşələrin təbiətə vurduqları ziyanı azaldılacağı güman edilir.

Layihənin müəllifləri iddia edir ki, bu material plastikdən ucuzdur, mikroorqanizmlər asanlıqla parçalanır və o qədər təhlükəsizdir ki, onu istəsən, yemək də olar. Şirkət açıqlamasında belə su şarlarını insanların gələcəkdə ev şəraitində özlərinin də hazırlaya biləcəyini açıqlayıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm