Bu desert üçün prezidentlərin də ürəyi gedir...
Bizi izləyin

Mətbəx

Bu desert üçün prezidentlərin də ürəyi gedir...

Dondurma bütün nəsillərin ən çox sevdiyi desertdir. Onun haqqında çox danışmaq olar, zövqə görə şirniyyat ustaları müxtəlif dondurmalar təkif edir.

Publika.az mövsümün istək obyekti olan dondurmalar haqqında maraqlı məlumatları təqdim edir. İlk növbədə onu qeyd etməliyik ki, dünya liderlərinin çox sevdiyi və ekzotik dadı ilə bizi təəccübləndirən dondurma bu gün hər kəs üçün əlçatan olsa da, onun resepti uzun illər gizlədilib.

Bir neçə minillik tarix

Dondurmanın tarixi daha qədim dövrlərə söykənir. Daha dörd min il əvvəl çinlilər süfrəyə desertə oxşayan meyvə buzları təqdim edirdilər. Bunun üçün aşpazlar meyvə və giləmeyvələri sadəcə olaraq qar toplarının içinə qoyurdular. Qədim yunanlar isə çox soyuq süd məhsullarını məmnuniyyətlə yeyirdilər. Makedoniyalı İsgəndər Hindistan və İrana yürüşləri zamanı döyüşçülərini buzlu meyvə, soyuq süd və donmuş balla sərinlədirdi.

Balaca oğlanın çubuqlu dondurma ixtirası

1905-ci ilin qışında 11 yaşlı, amerikalı Frank Epperson bir stəkan sodalı suyu təsadüfən küçəyə qoyub. Soyuq havada qalan su donur. İçindəkini oğlan taxta çubuqla çıxardıb yeyib. Böyüdükdən sonra Epperson çubuqda dondurulmuş buz ixtirasının patentini alıb və bu desertin istehsal hüququnu ABŞ şirkətlərinin birinə satıb. Zaman keçdikcə çubuqlu dondurma böyük populyarlıq qazanıb.

Eskimonun icadı

Image result for eskimo morojnoe

Eskimo dondurmalarının icadı isə şirniyyatçı-eksperimentator Kristian Nelsona aid edilir. O, plombirin üzərini şokoladla örtərək öz məhsullarını yaradır.

Dondurmanı prezidentlər də yüksək qiymətləndirir

ABŞ Müstəqillik Bəyannaməsinin müəllifi və prezidenti Tomas Cefferson dondurmanın böyük azarkeşi idi: O, fransız dondurma reseptlərinin Amerikaya gətirilməsinə şəxsən özü tapşırıq verirdi. Bəzən isə elə olurdu ki, reseptləri sərbəst şəkildə özü yazırdı. Prezident Ceffersonun şəxsən hazırladığı vanilli dondurmanın resepti hələ də Konqresinin Kitabxanasında qorunub saxlanılır.

Deyirlər ki, Napoleonun sürgünə getdiyi Müqəddəs Yelena adasına dondurma istehsalı üçün qurğu gətirilib. Çünki sərkərdə bu şirniyyatı çox sevirdi. Ümumiyyətlə dondurma bütün dövrlərdə imperator və prezidentlərin sevdiyi şirniyyat növü hesab olunub.

Ən bahalı dondurma

Image result for Золотое мороженое

Ən bahalı dondurma rəmzi mənada "Qızıl" adlanır. O, ABŞ-da satılır, 1 porsiyası 1000 dollara satılır, dondurmanın üzərini nadir giləmeyvə, yeməli qızıl və karamel bəzəyir. Deyilənlərə görə, o çox dadlıdır. İmkan olsa, mütləq yoxlayın!

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm