“Sezar” salatı haqqında bilmədikləriniz
Bizi izləyin

Mətbəx

“Sezar” salatı haqqında bilmədikləriniz

İtaliya öz zəngin mətbəxi ilə daim dünya xalqlarının diqqət mərkəzində olub. Məşhur “Sezar” salatı da bu qəbildəndir. Bu doyumlu və az kalorili salatın çox maraqlı yaranma tarixi var.

Publika.az-ın xəbərinə görə, əslində salat, Roma imperiyasının hökümdarının deyil, onu ilk dəfə hazırlayan italiyalı aşbazın şərəfinə Sezar adlandırılıb. Belə ki, ABŞ-da yaşayan Sezar Kardininin restoranına gecənin bir yarısı müştərilər axışıb, yemək tələb edirlər. Peşəkar aşbaz, mətbəxində qalan bir neçə ərzaqlardan salat hazırlayır. Uzun illərdir ki, bu salat Kulinar müsabiqələrdə birinciliyi qazanır. Günü bugün də, 20-dən artıq növü olan Sezar salatı aktuallığını itirmir.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm