Mətbəx
Pivə haqqında bilmədiyimiz — MARAQLI 5 FAKT
Dahi Nizaminin belə bir kəlamı var: "Bir inci saflığı olsa da suda, artıq içiləndə dərd verir o da".
Publika.az bildirir ki, tədqiqatçıların fikrinə əsasən, pivəni lazımi qədər içdikdə sağlamlıq üçün faydası toxuna bilər. Qəribədir?
Dietoloq və məşqçi Ceymi Loci bildirir ki, aşağı kalorili pivələr bu məsələdə daha effektivdir. Əgər siz pivənin təkcə susuzluğu yatırtmasını istəmir və fayda da əldə etmək istəyirsinizsə, "light" markalı və tərkibində 4-5 % spirt olanı seçməlisiniz. Eyni zamanda qazsız pivə də faydalıdır.
Kalsium
Bir qayda olaraq pivənin tərkibi kalsiumla zəngindir. Bu isə
sümüklərin möhkəmlənməsinə kömək edir. Bu barədə 2009-cu ildə
"American Journal of Clinical Nutrition" jurnalının tədqiqatında
məlumat verilib. Alimlər məlum ediblər ki, lazımi dərəcədə pivə
içmək sümük toxumasının qalınlığını artırır. Bununla da osteoporoz
riskini azaldır. Alimlərin fikrinə əsasən pivənin tərkibində olan
silisium vacib rol oynayır.
B Vitamini
Tünd pivənin tərkibində B qrupu vitaminləri (B12-dən başqa) daxil
olmaqla qidalandırıcı maddələr var. Qərb tibb jurnalının məlumatına
əsasən buğdanın tərkibində olan riboflavan maddəsinin miqdarı pivə
bişirilməsi prosesində artır. Eyni zamanda nikotin turşusu, yəni B3
maddəsi pivənin tərkibində var və onun miqdarı pivənin növündən
asılı olaraq dəyişir.
Dəmir
Bir stəkan pivənin tərkibində 0.3 milliqram dəmir var. Bu isə
məsləhət görülən sutkalıq normanın 3%-i deməkdir. Təbii ki,
qaraciyər, qırmızı ət və balqabaq tumunun tərkibində dəmir daha
çoxdur. Amma pivənin də tərkibində dəmirin olması faktını oxuculara
çatdırdıq. Dəmir orqanizm üçün çox vacib elementdir.
Flavonoidlər
Tünd pivənin tərkibi flavonoidlərlə zəngindir. Bu maddə isə mikrob
əleyhinə xüsusiyyəti ilə məşhurdur. 2003-cü ildə Viskonsin
universitetinin apardığı araşdırmaya əsasən pivənin tərkibindəki
flavonoidlər ürək tutmasının və qan tərkibinin qatılaşmasının
qarşısını alır. Amma nəzərə almaq lazımdır ki, təcrübə insan yox,
köpəklər üzərində aparılıb.
Ferul turşusu
Pivə su, arpa, maya, mayaotu və pivə mayasından ibarətdir. Onun
xarakterik dadını isə bişmiş arpa verir. Bu arpa pasterizə edilir
və filtirdən süzülür. Dieoloqların fikrinə əsasən, arpanın
tərkibində ferul turşusu var və bu soyuqdəymə və iltihabı,
ürək-damar xəstəlikləri və onkoloji xəstəliklərə yoluxma riskini
azaldır. Tünd pivələrin tərkibində ferul turşusunun miqdarı daha
çoxdur.
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR