Dubay əmiri, vitse-prezident və baş nazir BAKI KAFESİNDƏ - FOTOLAR
Bizi izləyin

Mətbəx

Dubay əmiri, vitse-prezident və baş nazir BAKI KAFESİNDƏ - FOTOLAR

Dünən Dubayda “Baku Caf Dubai” restoranının açılış mərasimi baş tutub.

Publika.az xəbər verir ki, restoranın dizaynı ilə ukraynalı dizayner Denis Belenko məşğul olub. Bakı kafesində Azərbaycan milli mətbəxinin bənzərsiz, gözəl və mükəmməl təamları təklif edilir. Məhsullar oraya birbaşa Bakıdan aparılır.

Qeyd edək ki, BƏƏ-də restoran açmaq ideyası məhz son bir neçə ildə Bakıda tez-tez qonaq olan əmirliklərin sakinləri tərəfindən gəlib. Odur ki, yaxın bir neçə ildə Avropa və ABŞ-da da “Baku Cafe” restoranlar şəbəkəsinin açılışı planlaşdırılıb.

Restoranın açılışında Dubay əmiri və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri Məhəmməd ibn Rəşid əl-Məktum da iştirak edib.

Açılış mərasimində heyrətamiz “RAST Band” qrupu qonaqları salamlayaraq onlar üçün Azərbaycan xalq mahnılarını ifa edib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm