Mətbəx
5 dəqiqəyə hazırlanan ləziz pizza - Resept
Publika.az-ın mətbəx bölməsi 5 dəqiqəyə hazırlanan pizzanın reseptini təqdim edir:
İnqrediyentlər:
2 yumurta
4 xörək qaşığı mayonez
4 xörək qaşığı xama
9 xörək qaşığı un (təpəcik olmadan)
Pendir
Kolbasa
Göbələk
Pomidor
Hazırlanma qaydası:
Yumurtanı, unu, xamanı, mayonezi qarışdırın. Duru xəmir alınmalıdır.
Xəmiri tavaya tökün, üzərinə yuxarıda sadalanan ərzaqları doğranmış şəkildə düzün. Zövqə görə ərzaqları dəyişmək mümkündür.
Üzərinə mayonez, qalın qat sürtgəcdən keçirilmiş pendir səpin.
Tavanı qaz pilətəsinin üzərinə qoyun, 10 dəqiqə zəif odda bişirin. Tavanı qapağını kip bağlayıb, pendir əriyəndə pizza hazırdır.
Nuş olsun!
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL