Kələm piroqu - Resept
Bizi izləyin

Mətbəx

Kələm piroqu - Resept

Publika.az-ın mətbəx bölməsi kefirli xəmirdə hazırlanan kələm piroqunun reseptini təqdim edir:

İnqrediyentlər:

Kefir - 200 qram

Un - 140 qram

Qabartma tozu - 1 çay qaşığı

Yağ - 350 qram

Göyərti, zirə zövqə görə

Qara istiot, duz

Hazırlanması:

Kefiri, sodanı, duzu və unu qarışdırıb xəmir yoğurun və soyuducuda 30 dəqiqə saxlayın.

Xırda doğranılmış kələmə zirə əlavə edin, bir neçə dəqiqə qızardın, üzərinə göyərti, duz və ədviyyat əlavə edin.

Xəmiri iki hissəyə bölün, onu yayın. Soba tavasını yağlayın, bir qədər un əlavə edin və birinci qat yuxanı qaba sərin. Arasına kələm və ədviyyatlardan ibarət içlik qoyun, kənarlarını yaxşıca bağlayın. Üzərində deşiklər açın. Sobada təxminən 20-30 dəqiqə bişirin.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm