“Karmen” salatı – Resept
Bizi izləyin

Mətbəx

“Karmen” salatı – Resept

Publika.az-ın mətbəx bölməsi doyumlu və ətirli "Karmen" salatının reseptini təqdim edir:

İnqrediyentlər:

Toyuq filesi - 200 qram

Vetçina - 100 qram

Təzə pomidor - 250 qram

Çörək - 100 qram

Mayonez - 200 qram

Acika - 15 qram

Sarımsaq - 10 qram

Bitki yağı

Hazırlanması:

Bütün inqrediyentləri eyni ölçüdə doğrayın. Toyuq döşü bişənə qədər qızardın, ona toyuq üçün hazır ədviyyatdan bir çimdik əlavə etmək olar. Ədviyyat toyuğa qızılı rəng verir. Vetçinanı da tavada qızardın. Soba tavasına 1 çay qaşığı bitki yağı tökün. Xırda doğranmış və duzlanmış çörəyi 250 dərəcə qızdırılmış sobada qızardın.

Pomidoru da doğrayın.

Boşqaba alt laya toyuq tikələrini yığın, üzərinə doğranmış pomidorun yarısını səpin. Üzərinə, mayonez, sarımsaq və aciko qarışığı çəkin. Sonda üzərinə pomidor və çörəyi düzün.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm