Kakaolu keks - Resept
Bizi izləyin

Mətbəx

Kakaolu keks - Resept

Publika.az kakaolu keksin reseptini təqdim edir:

İnqrediyentlər:

Yumurta - 4 ədəd

Şəkər tozu 2 stəkan

Süd - 1 stəkan

Bitki yağı - 1 stəkan

Qabartma tozu, vanil - 1 paket

kakao - 3-4 xörək qaşığı kakao

Un - 2,5 stəkan

Hazırlanması:

4 ədəd yumurtanı 2 stəkan şəkər tozu ilə mikserlə köpüklənənə qədər çalın. Sonra 1 stəkan bitki yağını, 1 stəkan südü (ya da qatıq) əlavə edib qarışdırmağa davam edin. Son olaraq bir paket qabartma tozu, 1 paket vanil, 3-4 xörək qaşığı kakao və 2.5 stəkan unu əlavə edib bir daha qarışdırın. Kütləni yağlanmış keks qəlibinə qoyun və əvvəlcədən 180 dərəcə isinmiş sobaya yerləşdirin. 40 dəqiqə sonra yoxlayın. Yoxlamaq üçün keksə bir bıçaq və ya diş təmizləyən çöp batırın. Bıçağı çıxartdığınızda əgər keksdən heç nə yapışmayıbsa demək keks artıq bişib.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm