Ananaslı detoks içkisi
Bizi izləyin

Mətbəx

Ananaslı detoks içkisi

Detoks içkilərinin tərkibi çox önəmlidir. Çünki hazırlandığı meyvədən asılı olaraq, içkinin təsiri də dəyişir. Məsələn, bir detoks içkisi arıqlamağa kömək edərkən, digəri ödəmi və toksini atmaq üçün faydalı ola bilər.

Publika.az-ın təqdim etdiyi ananaslı detoks içkisi isə, xüsusilə, yaz aylarında tövsiyə edilir. Ananaslı içki arıqladıcı təsirilə yanaşı, sərinlik və təravət bəxş edir.

İstəsəniz, bu içkini səhər yeməyi əvəzinə qəbul edə bilərsiniz. Həm çox ləzzətlidir, həm də immunitet sistemini gücləndirir.

İçkinin tərkibindəki ispanaq maddələr mübadiləsini sürətləndirir və orqanizmi lazımlı vitaminlərlə təmin edir. Təzə zəncəfil isə bədəni xəstəliklərdən qoruyur və qanı təmizləyir.

Bəs, bu möhtəşəm içki necə hazırlanır?

Tərkibi:

3 stəkan iri doğranmış ananas

3 stəkan xırda doğranmış ispanaq

1 stəkan doğranmış banan

1 çay qaşığı təzə zəncəfil

1 çay qaşığı çia toxumu

Yarım limonun suyu

Hazırlanması:

Bütün məhsulları bir qaba qoyub blenderdən keçirin. Şirəçəkən maşında da hazırlaya bilərsiniz. Kremə oxşar içki meydana gələcək. Onu yaxşıca qarışdırıb su stəkanlarına süzün.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm